Sort 2020-ci ildə Rusiya Federasiyasının seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyata alınmışdır və patentlə mühafizə olunur.
Ümumi xarakteristikası: Sort yarımcırtandır, bitkinin hündürlüyü 1-2 sm Qrom sortundan aşağıdır.
Növmüxtəlifliyi lütessensdir. Sünbülləri piramida formasında olub ağ rənglidir. Sünbüllərin uzunluğu 8-9 sm və 10 sm sünbüldə 19-20 sünbülcük olur. Qılçıqların uzunluğu 2-40 mm arasında dəyişir. Sortun dəni orta irilikdə, forması oval, rəngi qırmızı, şırımın dərinliyi ortadır.
Məhsuldarlığı: Sort məhsuldar olub potensial məhsuldarlığı 126 s/ha-a qədər olur. Ümumilikdə Qrom sortundan 10 -14 s/ha daha çox məhsul verir.
Dənin keyfiyyəti: Dənin tərkibində zülalın miqdarı 14,6 % kleykovina isə 27.1 %-dir Bu da standart sortdan müvafiq olaraq 0,6-1.0 % yüksək göstərici hesab olunur.
Xəstəliklərə və ətraf mühit amillərinə davamlılığı: Sarı və Qonur pas xəstəliklərinə qarşı davamlı, Septerioz və Sünbül fuzariozuna qarşı həssas, viruslara qarşı isə orta davamlıdır. Şaxtaya qarşı çox yüksək, quraqlığa qarşı isə yüksək davamlıdır.
Səpin müddəti və norması: optimal səpin müddəti zonalara uyğun aparılmalıdır(əsasən 15 sentyabr-15 oktyabr aralığında) , səpin norması isə 1 hektara 4-5 mln ədəd cücərmə qabiliyyətli dən hesab olunur. Azərbaycanda həm suvarma həmdə dəmyə şəraitində becərməyə uyğundur.
