Fond fermerlərə məhsuldar, elit toxumlar təklif edir

13.11.2023 3:51
474
Fond fermerlərə məhsuldar, elit toxumlar təklif edir

Kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması, bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması istiqamətində elit toxumlarının ölkəmizə idxal olunması Dövlət Toxum Fondu tərəfindən davam etdirilir.


Fond tərəfindən fermerlərə təklif olunan QomerQrom  sertifikatlı toxum sortları əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.

Qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir. Sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.