Rayonlaşmış yerli buğda və arpa sortları

15.02.2022 12:46
2910
Rayonlaşmış yerli buğda və arpa sortları

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyyələr


Suvarılan bölgələr
: Mərkəzi Aran, Mil-Muğan  və Gəncə-Qazax iqtisadi rayonları, Şərqi Zəngəzur İqtisadi rayonunun Arazqırağı əraziləri, Quba-Xaçmaz , Qarabağ və Naxçıvan iqtisadi rayonlarının suvarılan əraziləri:

  1. Yumşaq buğda sortları: Qobustan, Murov 2, Qırmızı gül 1, Aran, Fatimə, Şəfəq 2, Əsgəran, Mətin ,Xəzri, Onur, Cümhuriyyət-100
  2. Bərk buğda sortları: Bərəkətli 95, Rəvan
  3. Arpa sortları: Qarabağ 22, Qarabağ 33, Cəlilabad 19, Günəş

Nəmliklə tam təmin edilmiş dəmyə  bölgələr: Şəki-Zaqatala, Lənkəran - Astara iqtisadi zonasının bəzi bölgələri və s.

  1. Yumşaq buğda sortları : Aran, Ləyaqətli 80, Xəzri, Qırmızıgül 1, Qızıl buğda,
  2. Arpa sortları : Qarabağ 22, Dəyanətli, Qüdrətli 48

Nəmliklə qismən təmin olunmuş dəmyə bölgələr: Şəki, Qax, İsmayıllı rayonları, Quba-Xaçmaz və Qarabağ iqtisadi rayonlarının dağlıq əraziləri və s.

  1. Yumşaq buğda sortları : Aran, Ləyaqətli 80 Xəzri, Qızıl buğda
  2. Arpa sortları : Cəlilabad 19, Qarabağ 22, Dəyanətli

Nəmliklə təmin olunmamış dağlıq dəmyə bölgələr:  Dağlıq Şirvan iqtisadi rayonunun bəzi əraziləri ( Qobustan, Şamaxı) və s.

  1. Yumşaq buğda sortları : Qobustan, Aran, Ləyaqətli 80 , Qızıl buğda, Xəzri
  2. Arpa sortları : Cəlilabad 19, Qüdrətli 48, Dəyanətli

Nəmliklə təmin olunmamış quraq dəmyə bölgələr: Cəlilabad və Masallı rayonları və s.

  1. Yumşaq buğda sortları : Qobustan, Fərəhim
  2. Bərk buğda sortları :Bərəkətli 95, Rəvan, Göytəpə
  3. Arpa sortları : Cəlilabad 19, Sadiq