ALEKSEİÇ buğda sortu

15.08.2022 12:18
2197
ALEKSEİÇ buğda sortu

“Alekseiç” yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır.

Ümumi xarakteristikası: Sort ortaboylu olub yatmaya qarşı davamlıdır. Ortayetişəndir. Kollanması yaxşıdır. Kolların hündürlüyü 75-81 sm olur. Cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngdə olur. 

Növmüxtəlifliyi: Lütessensdir. Sünbülü piramida formada olub orta uzunluqda və ağ rəngdə olur. Dənləri orta irilikdə və yumurtavari formada olur. Dəndə şırımın xarakteri dayaz, rəngi qırmızı olur və 1000 ədəd dənin kütləsi 38-41 qram olur. 

Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 130.0 s/ha-ya qədər olur.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas xəstəliklərinə qarşı davamlı, septerioza qarşı orta həssas  unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlıdır.

Becərilmə bölgələri və sələfləri: Sortun nəmliklə nisbi təmin olunmuş bölgələrdə becərilməsi tövsiyyə olunur. Sələf kimi herik, çoxillik otlar, noxud, raps və s. götürülməsi məqsədəuyğundur. 

Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayı hesab olunur. 

Səpin norması: Hektara 4.0 milyon ədəd cücərən toxum səpilməsi tövsiyə olunur.