“Alekseiç” yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır.
Ümumi xarakteristikası: Sort ortaboylu olub yatmaya qarşı davamlıdır. Ortayetişəndir. Kollanması yaxşıdır. Kolların hündürlüyü 75-81 sm olur. Cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngdə olur.
Növmüxtəlifliyi: Lütessensdir. Sünbülü piramida formada olub orta uzunluqda və ağ rəngdə olur. Dənləri orta irilikdə və yumurtavari formada olur. Dəndə şırımın xarakteri dayaz, rəngi qırmızı olur və 1000 ədəd dənin kütləsi 38-41 qram olur.
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 130.0 s/ha-ya qədər olur.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas xəstəliklərinə qarşı davamlı, septerioza qarşı orta həssas unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlıdır.
Becərilmə bölgələri və sələfləri: Sortun nəmliklə nisbi təmin olunmuş bölgələrdə becərilməsi tövsiyyə olunur. Sələf kimi herik, çoxillik otlar, noxud, raps və s. götürülməsi məqsədəuyğundur.
Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayı hesab olunur.
Səpin norması: Hektara 4.0 milyon ədəd cücərən toxum səpilməsi tövsiyə olunur.
